1 / 1

Şəhər
Bakı
Əziz tələbələr və dili mükəmməl şəkildə öyrənmək və ya təkmilləşdirmək istəyənlər, alman dilini bilmək dünyanın qabaqcıl ölkələrinə yelkənləri açmaq üçün əvəzsiz şərait yaradır. Mən, Anar İsmayılov, alman dili müəllimiyəm və uzunmüddətli təcrübəyə əsaslanaraq alman dilini sadə, anlaşılan və praktik üsullarla tədris edir, dərslərimdə dili sadəcə qayda və sözlər toplusu kimi yox, dilin psixologiyası üzərindən öyrədirəm. Tədris zamanı alman dilini öz ana dilimizlə müqayisəli şəkildə təhlil edir, fərqləri və oxşarlıqları izah edirəm. Bu üsul sayəsində tələbələr dili daha tez anlayır, qaydaları əzbərləmədən mənimsəyir və dili məntiqli şəkildə qavrayır. Almaniyada 4 il yaşamış biri olaraq, dərsləri müxtəlif dil səviyyələri üzrə tədris edir və bu zaman düzgün dil hissiyatı və eləcə də dildən təbii şəkildə istifadə qaydalarını tələbələrə aşılayıram ki, öyrənənlər dili xarici dil kimi deyil, öz dilləri kimi mənimsəyə və həvəslə öyrənə bilsinlər. Tədris prosesində qrammatika, danışıq, dinləmə və yazı bacarıqları paralel şəkildə inkişaf etdirilir. Dərslər zamanı canlı ünsiyyətə, söz ehtiyatının artırılmasına və düzgün tələffüzə xüsusi diqqət yetirilir. Almaniyada təhsil almaq, işləmək və ya dil sertifikatı əldə etmək istəyənlər üçün lazımi dil bazası və imtahan hazırlığı təmin olunur. Dərslər alman dilini tam sıfırdan öyrənmək istəyənlər, əvvəl öyrənib unudanlar, eləcə də mövcud biliklərini inkişaf etdirmək istəyənlər üçün uyğundur. Fərdi və qrup dərsləri mövcuddur, dərs qrafiki tələbənin vaxtına uyğun tənzimlənir. Dərslər onlayn və ya əyani formada keçirilə bilər. Ətraflı məlumat və qeydiyyat üçün qeyd edilən nömrə ilə əlaqə saxlaya bilərsiniz. Hörmətlə Anar İsmayılov
№ 47209872
Baxış sayı: 3
Anar
(051) 844-94-●●